Bin Ladeni ən yaxın silahdaşı satıb

Bin Ladeni ən yaxın silahdaşı satıb

Abbotabad şəhərində həyata keçirilən və dünyanın bir nömrəli terrorçusu Üsamə Bin Ladenin zərərsizləşdirilməsi ilə nəticələnən əməliyyat Bin Ladenin ən yaxın silahdaşı Mirisli Əl-Zevahirin əli baş tutub. SİA-nın xəbərinə görə bu barədə xəbəri Səudiyyə Ərəbistanında dərc olunan Əl-Vətən qəzeti yayıb. Məlumata əsasən, Zəvahiri ilə Bin Laden arasında 2004- ci ildən soyuq münasibət yaranıb. Səbəb isə Zəvahirin "Əl-Qaidə" yə başçılıq etmək istəyi olub. Bin Ladenin evinin yerini bəlli edən kuryer isə əslində iranlı yox, pakistanlı olub və Zəvahiriyə işləyirmiş.

 

Xəbərdə təşkilat idarəçilərindən Misirli Saif Əl Ədalətlinin keçən payızda İrandan dönməsindən sonra, "Əl-Qaidə" içindəki misirlilərin Bin Ladeni gizli bir şəkildə ortadan qaldırmaq üçün bir planı qüvvəyə qoyduqları irəli sürülüb.

 

Hazırda Bin Ladenin ölümündən sonra "Əl-Qaidə"nin spikeri və "beyni" 59 yaşındakı Misirli Əl Zevahiri, təşkilatın baş idarəçisi və dünyanın ən çox axtarılan adamıdır. Əl Zevahiri, 1998-ci ildə "Əl Qaidə"yə qoşulan İslami Cihadın Misir qrupunun başçısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə