Rusiyadan Türkiyəyə ilk müntəzəm aviauçuş baş tutub

Moskvanın Şeremetyevo hava limanından koronavirus pandemiyasından sonra ilk müntəzəm uçuş baş tutub. SİA-nın məlumatına görə, yerli vaxtla saat 7:45-də "Aeroflot" aviaşirkətinə məxsus təyyarə İstanbula yola düşüb.

Qeyd edək ki, Rusiya martın 27-dən etibarən bütün aviareysləri dayandırmışdı. Avqustun 1-dən başlayaraq Türkiyə, Böyük Britaniya və Tanzaniyaya reyslər bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə