Koçaryan “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini qəbul etmədiyini açıqlayıb

Koçaryan “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini qəbul etmədiyini açıqlayıb

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini qəbul etmədiyini açıqlayıb. SİA-nın məlumatına görə, həbsdən sonra üç yerli telekanala müsahibə verən Koçaryan bu ifadənin hakimiyyət üçün alleqorik məna daşıdığını deyib.

“Lakin bu, Qarabağın Ermənistan ərazisi olduğunu deməkdir. Bu ifadə “Qarabağ münaqişəsinin nizamlanması bütün tərəflərin maraqlarını təmin edəcək formada olmalıdır” bəyanatı ilə ziddir. Belə yanaşmalar şəraitində münaqişənin həlli mümkün deyil”, - o bildirib.

Koçaryan deyib ki, Ermənistanın milli təhlükəsizliyinin yeni strategiyasında “Dağlıq Qarabağ respublikası” və “Dağlıq Qarabağ xalqı” ifadəsinin olmadığı, amma əhali sözünün olduğu təsadüfi deyil.

Danışıqlar prosesinə toxunan keçmiş prezident hesab edir ki, danışıqları hələ də qaytarmaq mümkündür.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə