ABŞ Prezidenti Donald Tramp 3 noyabr 2020-ci ildə təşkil olunması planlaşdırılan prezident seçkilərini təxirə salmaq barədə təklif verib. SİA-nın məlumatına görə, prezident bu təklifini məktubla keçirilən erkən seçkilərdə pandemiyadan irəli gələn qorxular və vəzifəsindən sui-istifadə ilə bağlı sübut olunmamış iddialarla əsaslandırıb.
2020-ci il seçki tarixinin ən nizamsız və hiyləli il olacağını, bunun ABŞ üçün böyük utanc yaradacağını iddia edən Tramp vətəndaşların dürüst və təhlükəsiz şəkildə səsvermə hüququndan istifadə edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Donald Tramp koronavirus pandemiyasına ciddi yanaşmamaq və zamanında lazımi tədbirləri görməməkdə tənqid olunurdu.
Xatırladaq ki, Tramp erkən seçkilərdə gözləniləndən az səs alıb və reytinqi aşağı düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB