Marsa bu günə qədərki ən böyük kəşfiyyat gəmisini yola çıxıb - NASA
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi bu günə qədərki ən böyük, ən kompleks Mars kəşfiyyat gəmisini yola çıxarıb. SİA-nın məlumatına görə, “Perseverance” adlı kosmik gəmi Qırmızı planetdə “keçmişin izlərini” axtaracaq.
Bu gün Florida ştatındakı “Cape Canaveral” bazasından “Atlas V” raketi ilə göndərilən gəmi qədim yaşayış əlamətləri ilə yanaşı, iqlim və geologiyanı analiz edəcək.
Kiçik avtomobil boyda olan gəmi kamera, mikrofon, qazma və lazer cihazları ilə təchiz olunub.
“Perseverance”ın 2021-ci ilin fevral ayında Marsa çatması planlaşdırılır. O, vəzifəsini 10 il sonra tamamlayacaq.
Bu, NASA-nın Marsa göndərdiyi beşinci kosmik robotdur.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB