Braziliya prezidentinin xanımı yeni növ koronavirusa yoluxub

Braziliya prezidentinin xanımı yeni növ koronavirusa yoluxub

Braziliya prezidenti Jair Bolsonarunun həyat yoldaşı Mişel Bolsonaru yeni növ koronavirusa yoluxub.

SİA "nbcnews.com" saytına istinadən xəbbər verir ki, bu barədə Braziliya prezidentinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Mişel Bolsonaru iyulun 30-u koronavirus testindən keçib, testin nəticəsi müsbət olub. Birinci xanım prezident administrasiyasının tibb işçilərinin nəzarəti altında olacaq".

Xatırladaq ki, daha əvvəl yeni növ koronavirusa Braziliya prezidenti Jair Bolsonaru yoluxmuşdu. J.Bolsonaru iyulun 7-si koronavirusdan sağaldığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə