Ermənistanda koronavirusa yoluxanların sayı 38 196 nəfərə çatıb. Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 259 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 5 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 728 nəfər koronavirusdan ölüb, 9 102 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB