ABŞ-in Texas ştatında mayeləşdirilmiş təbii qaz istehsalı zavodunda partlayış olub

ABŞ-in Texas ştatında mayeləşdirilmiş təbii qaz istehsalı zavodunda partlayış olub

ABŞ-in Texas ştatının Mont Belve şəhərində mayeləşdirilmiş təbii qaz istehsalı zavodunda partlayış olub.

SİA xəbər verir ki, bu barədə şəhər administrasiaysının nümayəndəsi xəbər yayıb.

Bildirilir ki, ştat paytaxtı Hyustondan şərqdə yerləşən Mont Belvye şəhərindəki Lone Star şirkətinin obyektində təbii qaz anbarı partlayıb. Nəticədə yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə və xilasetmə qrupları cəlb edilib.

Xəsarət alanlar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə