Braziliyada indiyədək 90 mindən çox koronaviruslu xəstə dünyasını dəyişib
Braziliyada son sutka ərzində daha 70 074 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.
SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 2 552 265 nəfər yoluxub. Bu müddət ərzində 90 134 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1595 nəfər olub.
Həmçinin bu günədək 1 922 802 xəstə müalicə olunaraq sağalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB