Ermənistanda koronavirusda ölənlərin sayı isə 723-ə yüksəlib

Ermənistanda koronavirusda ölənlərin sayı isə 723-ə yüksəlib

Ermənistanda son sutka ərzində 308 nəfər koronavirusa yoluxub. SİA xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 37 min 937-yə çatıb.

Ümumilikdə, Ermənistanda koronavirus xəstəliyindən ölənlərin sayı isə 723-ə yüksəlib. Xəstəlikdən sağalanların sayı 27 min 824 nəfərdir. 9 min 165 nəfər müalicə altındadır.

Qeyd edək ki, Ermənistanda mart ayında tətbiq olunan fövqəladə vəziyyət rejimi avqustun 12-dək uzadılıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə