Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanla birgə hərbi təlimlərə başlaması və qardaş ölkənin hökumət rəsmilərinin “Bütün gücümüz və sahib olduğumuz silahlarla birgə Azərbaycanın yanındayıq” açıqlamaları Ermənistanı təşviş içində qoyub. SİA xəbər verir ki, ermənilər Azərbaycanın Türkiyədən milli və yerli imkanlarla istehsal edilən “Bayraktar” pilotsuz uçuş aparatları tədarük etməsindən qorxur.
Hərbi ekspertlərin fikrincə, hər hansı hərbi münaqişə baş verəcəyi təqdirdə, Türkiyə Azərbaycan Ordusuna hərbi dəstəyini nümayiş etdirəcək və “Bayraktar” PUA-ları göndəriləcək silahlar arasında mütləq yer alacaq. Buna görə də indidən bu PUA-lara qarşı müdafiə mexanizmi axtarışına başlayıblar.
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində 12-16 iyulda gedən döyüşlər PUA-lara marağı daha da artırdığından ermənilər “Bayraktar”a qarşı qorxularını gizlətməkdə çətinlik çəkir.
Təsadüfi deyil ki, Ermənistan Müdafiə Nazirliyinin hərbi müzakirələrindən birində ekrana “Bayraktar TB2”nin ən məşhur görüntülərindən biri verilib və bu məqam obyektivlərə tuş gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB