Kanadanın qərbində kiçik təyyarə qəzaya uğrayıb

Kanadanın qərbində kiçik təyyarə qəzaya uğrayıb

Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası vilayətində kiçik təyyarə qəzaya uğrayıb.

SİA xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.

Qəza Mişn şəhərindəki istifadə olunmayan enmə zolağında baş verib. Müəyyən edilməyən səbəblərə görə, təyyarənin pilotu həmin zolağa təyyarəni endirmək istəyib.

Hadisə yerinə cəlb olunan xilasedicilər və polislər təyyarədə 66 yaşlı həlak olan qadının cəsədini və 21 yaşlı yaralanan gənc qızı tapıblar. Yaralı xəstəxanaya çatdırılıb.

Aviaqəza faktı ilə istindaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə