Son sutka ərzində Çində 101 aktiv koronavirusa yoluxma halı aşkar edilib

Son sutka ərzində Çində 101 aktiv koronavirusa yoluxma halı aşkar edilib

Son sutka ərzində Çində 101 aktiv, 27 asimptomatik yeni koronavirusa yoluxma aşkar edilib.

SİA xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsinin rəsmi saytında bildirilib.

Məlumata əsasən, aktiv hallardan 98-i ölkə daxilində qeydə alınıb: 89-u Sincan Uyğur Muxtar Rayonunda, 9-i şimal-şərqdə yerləşən Lyaonin əyalətində, biri paytaxt Pekində.

Əvvəlki gün ərzində ğlkədə 68 aktiv, 34 asimptomatik yoluxma halı aşkarlanıb. Ümumilikdə Çində 4 634 nəfər koronavirusun qurbanı olub, 84 060 aktiv yoluxma hadisəsi baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə