İraqda hərbi bazaya raketli hücum - Yaralananlar var

İraqda hərbi bazaya raketli hücum - Yaralananlar var

İraqın Səlahəddin şəhərindəki Şəhid Məcid Təmimi Hərbi Bazasında partlayışlar olub.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin Təhlükəsizlik Media Şəbəkəsi yazılı açıqlama yayıb.

Açıqlamada partlayışın mənbəyinə dair informasiya verilməyib.

Bundan başqa, paytaxt Bağdadın şimalında ordu ilə yanaşı ABŞ əsgərlərinin də yerləşdiyi Taci Hərbi Bazasına 3 raket atılıb. Raketlərdən biri İraq Hərbi Aviasiya Qüvvələrinin təyyarəsinə düşüb. Digərləri isə silah-sursat anbarını hədəf alıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə