Ötən həftə İran polisi əməliyyat nəticəsində 20 tona yaxın narkotik vasitə müsadirə edib
Ötən həftə ərzində İran polisinin həyata keçirdiyi əməliyyat nəticəsində 19, 884 ton narkotik vasitə müsadirə olunub.
SİA xəbər verir ki, bu barədə İranın Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə İdarəsi məlumat yayıb. Bildirilib ki, polisin xüsusi əməliyyatı Sistan-Bəlucistan, İsfahan, Kirman, Xorasan, Yəzd və Buşəhr vilayətlərində həyata keçirib.
Onun sözlərinə görə, əməliyyat zamanı narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qruplaşmaya məxsus 18 ədəd avtomat silah və heç bir sənədi olmayan 423 avtomobil də müsadirə edilib. Həbs olunanlar var, istintaq davam edir.
Vurğulanıb ki, ötən illə müqayisədə cari ildə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrana keçirilməsi 20 faiz artıb. Ötən il polis ilə xüsusi xidmət orqanları birlikdə 2319 xüsusi əməliyyat həyata keçiriblər və narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan 1886 silahlı qrup məhv edilib. Bu əməliyyatlarda 30 əsgər qaçaqmalçılarla silahlı toqquşmada şəhid olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB