İyulun 28-də Filippin sahillərində 6,1 bal gücündə zəlzələ olub.
SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Davao şəhərindən 244 kilometr şimalda, ocağının 40 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir, sunami xəbərdarlığı elan edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB