Əlcəzair hakimiyyəti koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərin müddətini uzadıb
Əlcəzair hakimiyyəti koronavirusla əlaqəli məhdudlaşdırıcı tədbirləri ölkənin 48 əyalətindən 29-da 15 gün müddətinə uzadıb.
SİA "gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Abdelaziz Cerradın katibliyinin kommünikesində deyilir.
Komendant saatının uzadılması Adrar, Əlcəzair, Annaba, Batna, Becaya, Beşar, Biskra, Blida, Bordc-bu-Arreridc, Buira, Bumerdes, Jelfa, Konstantin, Laquat, Maskara, Medea, Msila, Oran, Relizan, Setif, Sidibel-Abbes, Suk-Ahras, Tipaza, Tissemsilt, Uargla, Um-el-Buaqi, Henşela, Şlef və El-Ued əyalətlərində tətbiq ediləcək.
Bu əyalətlərdə ictimai və yük nəqliyyat vasitələri istisna olmaqla şəxsi nəqliyyat vasitələrinin hərəkatı, əyalətlərə giriş və çıxışı qadağası davam etdirilir. ərnişin və yük daşımalarına icazə verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB