Türkiyə prezidenti Fələstinə bundan sonra da dəstək verməyə hazır olduğunu bildirib

Türkiyə prezidenti Fələstinə bundan sonra da dəstək verməyə hazır olduğunu bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı baş tutub.

SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə və Fələstin liderləri ikitərəfli əlaqələrin inkişafı və regional prosesləri müzakirə ediblər.

Mahmud Abbas İstanbuldakı Ayasofya məscidində ibadətlərin bərpa olunmasından məmnunluğunu ifadə edərək, prezident R.T.Ərdoğanı və bütün türk xalqını təbrik edib.

Fələstin prezidenti bu tarixi hadisənin bütün İslam dünyasının xeyrinə xidmət edəcəyinə ümid etdiyini bildirib.

Türkiyə prezidenti, öz növbəsində, Ankaranın Fələstinə bundan sonra da dəstək verməyə hazır olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə