Meksikanın şimalında, Koauila ştatında fəaliyyət göstərən kömür mədənində partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, San-Xuan de Sabinas şəhəri yaxınlığında 50 metr dərinlikdə yerləşən mədəndə hadisə zamanı 14 şaxtaçı olub. Aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1 yaralı və 3 nəfərin cəsədi aşkarlanaraq çıxarılıb.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. İlkin ehtimala görə, partlayışa metan qazının sızması səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB