Çində qeyri-sabit hava şəraiti, 3 min insan təxliyyə olunub

Çində qeyri-sabit hava şəraiti, 3 min insan təxliyyə olunub

Çinin cənub-qərbində hökm sürən qeyri-sabit hava şəraiti tələfatsız ötüşməyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin Quyçjou əyalətində güclü küləklə müşayiət olunan leysan xarakterli yağışlar və dolu 1 nəfərin ölümünə səbəb olub. Hadisə rayonundan 3 min insanın təxliyyəsi həyata keçirilib.

 

Yağıntılı hava şəraiti 270 min insana zərər vurub, 10 min hektar kənd təsərrüfatı sahəsi su altında qalıb, 106 yaşayış evi yararsız hala düşüb. Zərərçəkmiş əhalinin müvəqqəti sığınacaqlarda yerləşdirilməsi həyata keçirilir. Ərazidə müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə