Rusiya prezidenti Dmitri Medvedev güc strukturlarında kadr islahatlarını davam etdirir. SİA-nın Kremlin rəsmi saytına istinadən verdiyi məlumata görə, Medvedev Daxili İşlər Nazirliyinin daha 5 generalını işdən çıxarıb. Onların arasında Altay vilayəti Dövlət Daxili İşlər İdarəsi rəisinin müavini Viktor Baranov, Kalininqrad vilayəti Daxili İşlər İdarəsinin rəisi Sergey Kiriçenko, DİN-nin Şimal-Qərb federal dairəsi üzrə Baş İdarə rəisinin müavini Sergey Panfilov və digərləri var.
Xatırladaq ki, Medvedev son olaraq aprelin 30-da DİN-in 3 generalını vəzifədən kənarlaşdırmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB