Almaniyada kiçik təyyarənin yaşayış binasına çırpılması nəticəsində azı üç nəfər ölüb
Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətindəki Vesel şəhərində yüngülmühərrikli təyyarə yaşayış binasına çırpılıb, nəticədə azı üç nəfər ölüb.
SİA xəbər verir ki, bu barədə “FOCUS Online” nəşri polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alanlar da olub, onların arasında uşaq da var.
“Frankfurter Allgemeine Zeitung” qəzetinin verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər də xəsarət alıb. Evdə bir və ya iki ailənin yaşadığı deyilir.
Aviaqəzanın səbəbi hələ müəyyənləşdirilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB