Türkiyədə indiyədək koronavirusdan 5,6 min nəfər şəxs dünyasını dəyişib
Türkiyə koronavirus (COVID-19) pandemiyasına qarşı sistemli tədbirlərin görülməsinə baxmayaraq, gündəlik yoluxma sayı min nəfərə yaxın olmaqda davam edir.
SİA Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, iyulun 25-də ölkə üzrə ümumilikdə 42 min 312 nəfər üzərində test aparılıb. Onlardan 921 xəstə çıxıb. Gün ərzində 16 nəfər ölüb, 1103 nəfər sağalıb. İndiyədək ölkədə 4 milyon 532 min 672 nəfər üzərində infeksiya yoxlaması aparılıb. Onlardan 225 min 173 nəfərdə infeksiya aşkar edilib. Ölənlərin sayı 5 min 596 nəfərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB