Fransa Parlamentinin üzvləri ölkə Prezidentinə Ermənistanın son hərbi təxribatlarına dair müraciət ünvanlayıblar
Fransa Parlamentinin üzvləri ölkə Prezidenti Emmanuel Makrona Ermənistanın son hərbi təxribatlarına və Azərbaycana qarşı işğalçılıq siyasətinə dair müraciət ünvanlayıblar.
SİA xəbər verir ki, deputatlar Guy Briku (Guy Bricout), Jerom Lamber (Jerome Lambert), Jan - Lük Raytzer (Jean-Luc Reitzer), Jan Pyer Do (Jean Pierre Door), senatorlar Alən Uper (Alain Houpert), Andre Reşard (Andre Reichardt) birgə müraciətlərində ölkə prezidentindən Ermənistanı işğalçılıq siyasətinə son qoymağa, Azərbaycanın ərazi bütovlüyünə hörmət etməyə təhrik etmək üçün ciddi tədbirlər görməsini xahiş edirlər.
Müraciətdə Azərbaycana qarşı edilən bu yeni təcavüzün beynəlxalq ictimaiyyətə Ermənistanın hələ də Azərbaycanın ərazisinin beşdə birini zorla işğal etdiyini xatırlatdığı bildirilir: “Təxminən 30 ildir ki, Ermənistan beynəlxalq hüquq normalarını və Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi çoxsaylı qətnamələri pozaraq Azərbaycanın əraziləri olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu hərbi işğal edib. Sonu olmayan, saysız-hesabsız mülki və hərbi qurbanlara səbəb olmuş, dünya tərəfindən məhəl qoyulmayan bu münaqişədən ermənilərin son hərbi əməliyyatları nəticəsində baş verən şiddətli qarşıdurmalar nəticəsinə bir daha danışıldı.
Son günlər Ermənistan ordusu ölkənin şimal-qərbində yerləşən Tovuz yaxınlığında Azərbaycan torpaqlarına qanunsuz daxil olub. Ölkənin həyati əhəmiyyətli neft kəmərlərinin keçməsi səbəbindən Azərbaycan üçün çox strateji bir bölgədə həyata keçirilən bu qanlı təcavüz çoxlu sayda azərbaycanlı əsgər və mülki şəxsin ölümünə səbəb olub”.
Müraciətdə münaqişənin həlli zamanı vasitəçilərin süründürməçiliyinə son qoymağın vaxtı gəldiyi bildirilir: “Hələlik yalnız Azərbaycanın müdrik şəkildə təmkinli olması bütün Qafqazda qarışıqlığın qarşısını ala bilər. Hərbi əməliyyatların yenidən başlaması seçim ola bilməz və olmamalıdır. Minsk qrupunun həmsədrliyi və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi əlinizdə olan səlahiyyətlərə uyğun olaraq təcili tədbirlər görməyinizi xahiş edirik. Ölkəmiz Qafqazda hərəkət etmək gücünə malikdir. Ermənistan və Azərbaycanla balanslı siyasi, iqtisadi və dost münasibətlərimiz var. Bu mövqe həm Bakıda, həm də Yerevanda dinlənilməyə imkan verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



