İstirahət günlərində bütün Yaponiya ərazisində güclü yağışlar proqnozlaşdırılır
Sinoptiklərin verdiyi məlumata görə, istirahət günlərində bütün Yaponiya ərazisində güclü yağışlar proqnozlaşdırılır.
SİA Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, atmosfer təzyiqinin aşağı düşməsi və uzun sürən yağışlar fəsli geniş ərazidə qeyri-sabit hava şəraiti yaradıb.
Bildirilir ki, bazar günü səhər saatlarınadək yaxın 24 saat ərzində Tokio rayonunda 250 millimetr, Şikokuda 200 millimetr, Kinkidə 180 millimetr, Kyuşü adasının cənubunda və Kanto-Koşin regionunda 120 millimetr yağıntı düşəcəyi gözlənilir.
Rəsmi şəxslər sakinləri torpaq sürüşmələrinə və daşqınlara qarşı diqqətli olmağa çağırırlar.
Bildirilir ki, bu yaxınlarda leysan yağışların böyük fəsadlar yaratdığı Kyuşü adasında hətta kiçik miqdarda yağıntı belə təbii fəlakətə səbəb ola bilər.
Meteoroloqlar əhaliyə yerli hakimiyyət orqanlarının təxliyə barədə xəbərdarlığını diqqətlə izləməyi və ehtiyac yaranacağı təqdirdə yaxınlıqdakı təxliyə mərkəzlərinə yerləşməyi tövsiyə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB