Türkiyədə zəlzələ baş verib

Türkiyənin Əskişəhər şəhərində zəlzələ olub.

SİA-nın məlumatına görə, Təpəbaşı rayonunda yerli vaxtla saat 05:19-da 4,1 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələnin episentri 10,84 km dərinlikdə yerləşib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə