Beynəlxalq ekspertlər qrupu Ukraynanın “Boeing 737” təyyarəsinin uçuş məlumatlarının ilkin təhlilini tamamlayıb

Beynəlxalq ekspertlər qrupu Ukraynanın “Boeing 737” təyyarəsinin uçuş məlumatlarının ilkin təhlilini tamamlayıb
Beynəlxalq ekspertlər qrupu yanvar ayında Tehran yaxınlığında vurulan Ukraynanın "Boeing 737" təyyarəsinin uçuş qeydlərindən alınan məlumatların ilkin təhlilini tamamlayıb. SİA xəbər verir ki, bu barədə Kanada Nəqliyyat Təhlükəsizliyi Bürosu məlumat yayıb. Məlumata görə, təyyarənin "qara qutular"ından alınan məlumatların deşifrə edilməsi iyulun 21-də Parisdə başlayıb. "Məlumatların yüklənməsi və ilkin təhlili hərtərəfli və şəffaf bir araşdırmanın aparılmasının vacib mərhələsi idi. Parisdəki işlər başa çatıb, lakin istintaqın sonuna hələ çox var. Cavab veriləcək bir çox vacib suallar var", - deyə büronun rəhbəri Keti Foks bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə