Rusiyada son sutkada 5 848 nəfər koronavirusa yoluxdu

Rusiyada son sutkada 5 848 nəfər koronavirusa yoluxdu

Rusiyada koronavirus infeksiyasına yoluxma hallarının sayı son sutka ərzində 5 848 artıb.

Bununla ümumi yoluxma sayı 795 038-ə çatıb.

Son sutka ərzində 147 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 892 nəfərə çatıb.

Rusiya yoluxma sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə