Rusiyada nazir Covid-19 səbəbindən ölüb

Rusiyada nazir Covid-19 səbəbindən ölüb

Rusiyanın Sverdlovsk vilayətinin Kənd Təsərrüfatı və İstehlak Bazarı üzrə naziri Dmirti Deqtyaryev ölüb.

SİA xəbər verir ki, vilayətin qubernatoru Yevqeniy Kuyvaşyev bu barədə İnstaqram səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, koronavirusa yoluxan naziri həkimlər süni tənəffüs aparatına qoşsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə