Perunun cənubunda güclü zəlzələ baş verib

Perunun cənubunda güclü zəlzələ baş verib

Perunun cənubun hissəsində 5,0 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə ölkənin Seysmoloji mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 14:45-də Karaveli vilayətində (Arekipa bölgəsi) baş verib. Yeraltı təkanların ocağı 34 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə