Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə tələbat artıb - ƏRDOĞAN

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə tələbat artıb - ƏRDOĞAN

"Xarici ticarətdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə tələbat artıb". SİA-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə 3 500 ton tutuma malik konteyner sistemi qoşulub. Ölkə başçısının sözlərinə görə, yük daşımaları artıq Pekindən Londona qədər fasiləsiz daşınır.

Qeyd edək ki, 2020-ci ilin ilk altı ayında BTQ ilə daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 140 min tona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə