İsrail qırıcıları Suriyaya aviazərbələr endirib - Ölənlər arasında SEPAH generalı var

İsrail qırıcıları Suriyaya aviazərbələr endirib - Ölənlər arasında SEPAH generalı var

İsrail qırıcıları Suriyaya aviazərbələr endirib. SİA-nın məlumatına görə, paytaxt Dəməşqin cənubunda hədəf İran İslam İnqilabı Keşikçiləri Koprusunun qərargahı da olub.

Hücum zamanı qərargahda genişmiqyaslı toplantı keçirilirmiş. Rejim əsgərləri İran milisləri və Hizbullah komandanlarının da olduğu qərargahda çox sayda ölü tapıldığını açıqlayıb. Onlar arasında SEPAH-ın bir generalının da olduğu iddia edilir.

Bundan başqa, İrana aid bir zenit-raket kompleksinin sıradan çıxdığı bildirilir.

Bəşər Əsəd rejiminin rəsmi xəbər agentliyi SANA faktı təsdiq edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə