Erməni iş adamı qətlə yetirilib

Erməni iş adamı qətlə yetirilib

Ermənistanın paytaxtı İrəvanda fəaliyyət göstərən "Marco Polo" kafesi və "Noyan Tapan" kitab mağazasının keçmiş sahibi, iş adamı Armen Saakyan güllələnib. SİA "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, hadisə ABŞ-da olub.

Belə ki, meksikalı olduğu ehtimal edilən 2 muzdlu qatil erməni biznesmenin evinə silahlı basqın edib. Saakyan onlardan birini yaralamağa müvəffəq olub. Lakin cinayətkarlar onu odlu silahla öldürüb, həyat yoldaşını isə yaralayıblar. Meksikalılardan biri olay yerindən qaça bilib.

Erməni ictimaiyyətində Armen Saakyanın ermənilərin tələbi ilə öldürüldüyü barədə şayiələr yayılıb.

Qeyd edək ki, iş adamının üç azyaşlı övladı var.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə