ÜST: Son sutkada dünyada COVID-19-a 230 minə yaxın yoluxma qeydə alınıb
ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 230 minə yaxın yoluxma qeydə alınıb. Eyni zamanda pandemiya qurbanlarının ümumi sayı 600 mini ötüb.
SİA xəbər verir ki, son sutkada dünyada koronavirusa 229 780 yoluxma qeydə alınıb, 5 111 nəfər həyatını itirib. Bununla da dünyada koronavirusa yoluxanların sayı 14 348 858 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 603 691 nəfər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB