ABŞ Senatı federal büdcənin hazırlanması işini Rassel Vouta həvalə edib

ABŞ Senatı federal büdcənin hazırlanması işini Rassel Vouta həvalə edib

ABŞ Konqresinin Senatı Ağ Evin İnzibati-Büdcə İdarəsinin direktoru vəzifəsinə Rassel Voutun namizədliyini təsdiq edib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, R.Voutun namizədliyi partiya xətti üzrə təsdiqlənib: 51 respublikaçı onun namizədliyini dəstəkləyib, 45 demokrat isə qarşı çıxıb.

Bildirilir ki, R.Vout bir ildən artıq Ağ Evin İnzibati-Büdcə İdarəsinin direktorunun vəzifələrini icra edib.

Qeyd edək ki, Ağ Evin İnzibati-Büdcə İdarəsi Konqresə təqdim edilməsi üçün illik federal büdcənin hazırlanması ilə məşğul olur və sənədin qəbul edilməsindən sonra onun icrasına nəzarət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə