Gürcüstanın Baş Naziri Aİ-nin nümayəndəsi ilə regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Gürcüstanın Baş Naziri Aİ-nin nümayəndəsi ilə regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria Avropa İttifaqının (Aİ) Müşahidə Missiyasının Gürcüstan üzrə yeni rəhbəri Marek Şiqel ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Gürcüstan Baş Nazirinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşdə Gürcüstanın Avropaya inteqrasiyası, ölkədə insan haqlarının qorunması, işğal olunmuş ərazilərdəki vəziyyət və digər məsələlər müzakirə olunub. Söhbət zamanı regional təhlükəsizlik və dövlətlərin ərazi bütövlüyü məsələsi də diqqət mərkəzində olub. Avropa İttifaqı Müşahidə Missiyasının Gürcüstanda və regionda sabitliyin, sülhün və təhlükəsizliyin təmin olunmasındakı rolu qeyd edilib. Müşahidə Missiyasının bu istiqamətdə rolunun artırılmasının vacibliyi vurğulanıb. Görüşdə COVID-19 virusunun yaratdığı problemlər müzakirə olunub, Tbilisidəki Luqar elmi tədqiqat laboratoriyasının fəaliyyətinin Avropa İttifaqına üzv ölkələr tərəfindən tanındığı vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə