ABŞ dövlət katibi Hillari Klinton hamilə qadınlar üçün proqram hazırlayıb

ABŞ dövlət katibi Hillari Klinton hamilə qadınlar üçün proqram hazırlayıb
ABŞ dövlət katibi Hillari Klinton tərəfindən işə salınan MAMA proqramı USAİD və Johnson & Johnson şirkətlərinin birgə təşəbbüsü ilə həyata keçirilir. Hillari Klinton hər il dünyada 360 min qadının doğuşdan sağ çıxmadığını və ana ölümlərinin 30 faizinin 19 ölkədə qeydə alındığını bildirib.
Qeyd edək ki, proqram hamiləlik, doğuş və doğuşdan sonrakı ilk il barədə Cənubi Afrika, Hindistan və Banqladeş kimi ölkələrdə qadınları lazımi məsləhətlərlə təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə