Türkiyədə daha 16 nəfər koronavirusdan dünyasını dəyişdi

Türkiyədə daha 16 nəfər koronavirusdan dünyasını dəyişdi

Türkiyədə son sutka ərzində 924 yeni yoluxma faktı qeydə alınıb. SİA Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 16 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 5 min 191, yoluxanlar isə 219 min 641 nəfərə çatıb.

Türkiyədə indiyədək 202 min 010 xəstə sağalaraq evə buraxılıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə