İstefa versəm, alternativ olmadığı üçün uzun müddətli boşluq olacaq - Həsən Diyab
Livanın Baş naziri Həsən Diyab istefa verməyəcəyini açıqlayıb. SİA-nın məlumatına görə, bununla bağlı mətbuat konfransında açıqlama verən Həsən Diyab hökumət hazırda böhranın qarşısını almaq üçün ishalatlar həyata keçirsiyini bildirib:
“İstefa verməyəcəm. İstefa versəm, alternativ olmadığı üçün uzun müddətli boşluq olacaq. Bu da livanlılara qarşı günahdır. Ölkədəki iqtisadi böhranı azaltmaq üçün hökumət bir sıra islahatlar həyata keçirir. Bunun nəticələrini isə hələlik vətəndaşlarımız hiss etməyə bilər”.
Baş nazir İsrailin Livan suverenliyini hər gün pozduğunu qeyd edərək Livanın regional münaqişələrdən uzaq tutulmasının lazım olduğunu bildirib.
Həmçinin o, Livanda bütün siyasi partiyaların iştirak edəcəyi dialoq prosesinə ehtiyac olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB