Azərbaycanlı deputatlığa namizəd olub - GÜRCÜSTANDA

Azərbaycanlı deputatlığa namizəd olub - GÜRCÜSTANDA

Bu gün "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının Siyasi Şurası namizədlərin siyahısını təsdiqləyib.

SİA-nın məlumatına görə, hakim partiyanın siyasi şurası 30 majoritar namizədin kimliyini təsdiqləyib.

Onlar ictimaiyyətə sabah təqdim olunacaqlar.

Marneuli və Qardabani üzrə təqdim olunacaq majoritar namizəd Marneulinin hazırkı meri Zaur Darğallı olacaq.

Qeyd edək ki, bu məlumatı Qullar ərazi vahidliyinin Marneuli bələdiyyə məclisinin deputatı İlham Həsənov da öz şəxsi facebook səhfəsində təsdiqləyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə