Çikaqoda atışma: 7 ölü, 43 yaralı

Çikaqoda atışma: 7 ölü,  43 yaralı

Çikaqonun müxtəlif rayonlarında atışmalar nəticəsində son iki sutkada 7 nəfər ölüb, 43 nəfər yaralanıb. SİA-nın məlumatına görə, bu barədə şəhər polisinin açıqlamasında deyilir.

Bildirilir ki, xəsarət alanlar arasında 7 nəfər yeniyetmə, ölənlər arasında bir kişi və bir qadın var.

Silahlı hücumlarda iştirak edənlərin çox hissəsini saxlamaq mümkün olmayıb.

Keçən həftənin istirahət günləri eyni müddət ərzində silahlı insidentlərdə 64 nəfər xəsarət almış, 13 nəfər öldürülmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə