Meksikada koronavirusa yoluxanların ümumi sayı 331 min nəfəri ötüb

Meksikada koronavirusa yoluxanların ümumi sayı 331 min nəfəri ötüb

Meksikada son sutkada 7257 nəfərin koronavirus infeksiyasına yoluxması laborator şəraitdə təsdiqlənib, bununla da virusa yoluxanların ümumi sayı 331 298-ə çatıb. Xəstəliyin ağırlaşması səbəbindən 736 nəfər isə dünyasını dəyişib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.

“13 iyul 2020-ci il tarixinə olan məlumata əsasən, COVID-19 infeksiyasına 331 298 yoluxma halı təsdiqlənib, 84 552 aktiv (simptomlar son 14 gün ərzində ortaya çıxıb) və 85 877 şübhəli yoluxma faktı var”, - deyə nazir müavini özünün “Twitter” səhifəsində bildirib.

Son 24 saatda, həmçinin virusa yoluxmuş 736 xəstə vəfat edib, ölənlərin ümumi sayı isə 38 310-dur.

Bütün xəbərlər Facebook səhifəmizdə