ABŞ Ermənistan və Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin davamlı sülh yolu ilə həllinə kömək etməkdə qərarlıdır. SİA-nın məlumatına görə, bunu ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsi Ceyms Gilmor bildirib.
"Bu məqsədə çatmaq üçün göstərilən səylərdə fəal iştirak etməyə bundan sonra da davam edəcəyik. Ermənistan-Azərbaycan problemi ilə bağlı çağırışlar diqqət mərkəzindədir", - C.Gilmor qeyd edib.
ABŞ-ın daimi nümayəndəsi söyləyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri prosesdə fəal iştirak edir: "Dünən həmsədrlər mətbuata açıqlama verərək hərbi əməliyyatların azalmasını alqışladılar və hər iki tərəfi sabitliyin davam etməsi üçün səy göstərməyə çağırdılar. Həmsədrlər, həmçinin tərəfləri təhrikedici ritorikadan və vəziyyəti dəyişmək cəhdlərindən çəkinməyə çağırıblar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB