Braziliyanın şimal-şərqində yerləşən Alaqoas ştatının beş şəhərində fövqəladə vəziyyət elan olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, rejimin tətbiqinə aramsız yağan leysan xarakterli yağışlar səbəb olub. Belə ki, güclü yağış nəticəsində 102 yaşayış evi dağıntıya məruz qalıb, 312 tikili qismən su altında qalıb, 3 min insan isə yaşayış yerlərini itirib. İlkin məlumata görə, 1 nəfər ölüb.
Zərərçəkmişlər müvəqqəti sığınacaqlarda yerləşdiriliblər. Hazırda ərazidə müvafiq işlər görülür, hadisənin nəticələri isə aradan qaldırılır. Qeyd edək ki, meteoroloqlar yağıntılı hava şəraitinin yaxın bir neçə gün ərzində də davam edəcəyini proqnozlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB