Yunanıstandan növbəti dini dözümsüzlük: məscid daşqalaq edildi

"Vandallar Yunanıstanın mərkəzindəki Trikala şəhərindəki Kursumi məscidində daş ataraq şüşəni sındırdılar". SİA yerli trikalanews.gr portalına istinadən xəbər verir ki, bu, Türkiyə prezidenti Tayyib Ərdoğanın İstanbuldakı Ayasofyanı məscidə çevirmək qərarına reaksiyadır.

Hücum gecə saatlarında baş verib, bir neçə nəfər daşla qapının şüşəsini sındırıb. Trikala bələdiyyəsinə hadisə barədə məlumat verilib, polis cavabdehləri axtarır və bu kimi hadisələrin təkrar baş verməməsi üçün tədbirlər görür.

Qeyd edək ki, Osman Şah məscidi kimi tanınan Kursum məscidi 16-cı əsrdə məşhur Osmanlı memarı Memar Sinan tərəfindən inşa edilib. Bu, müasir Yunanıstan ərazisində qorunub saxlanan Sinanın yeganə mədəniyyət və incəsənət abidəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...