Koronavirusa yoluxan Braziliya prezidenti işə qayıtmaq ümidi ilə yeni testin nəticələrini gözləyir

Koronavirusa yoluxan Braziliya prezidenti Jair Bolsonaru artıq evdə qala bilməyəcəyini və tezliklə normal işə qayıtmaq ümidi ilə yeni testin nəticələrini gözlədiyini bildirib.

SİA xəbər verir ki, prezident gələn həftə işə böyük ehtimalla qayıdacağını qeyd edib.

Jair Bolsonaru virusdan qurtarana qədər evdə olacağını vurğulayıb.

Xatırladaq ki, iyulun 7-də Braziliya prezidentinin koronavirus testinin müsbət nəticə vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə