Qazaxıstanda məktəblilər təhsil formatından asılı olmayaraq dərsliklərlə təmin ediləcəklər

Qazaxıstanda məktəblilər təhsil formatından asılı olmayaraq dərsliklərlə təmin ediləcəklər. Dərsliklərin elektron formata köçürülməsi istiqamətində də işlər aparılır.

SİA xəbər verir ki, bu barədə Təhsil və Elm naziri Asxat Aymaqambetov bildirib.

Nazir bildirib ki, dərsliklər aprel-may aylarında sifariş edilib, şagirdlər dərsliklərlə təmin olunacaq. Hazırda qurumda yeni dərs ilinin başlanması üçün üç variant nəzərdən keçirilir. Qarşıdakı tədris ilində şagirdlər məktəbli forması almağa məcbur olmayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...