Türkiyə ordusu İraqda terrorçularla atışmada bir hərbçisini itirib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pençe-Kaplan” antiterror əməliyyatı zamanı terrorçularla hərbçilər arasında atışma olub.

SİA Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, atışmada Türkiyə ordusunun bir hərbçisi şəhid olub, üç terrorçu məhv edilib.

Şəhid hərbçi Samsunda anadan olan piyada qoşunlarında xidmət göstərmiş çavuş Ethəm Dəmircidir.

Bütün xəbərlər Facebook səhifəmizdə