Rusiyada bir gündə 130 nəfər pandemiyanın qurbanı oldu

Rusiyada son sutkada koronavirusdan 130 nəfər ölüb. RİA "Novosti" xəbər verir ki, bu barədə Koronavirus İnfeksiyasının Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.

Qərargahda bildirilib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 11 335 nəfərə çatıb.

"Son sutkada 130 ölüm hadisəsi təsdiqlənib. Bütün dövr ərzində Rusiyada (koronavirusdan-red) 11 355 nəfər öldü", - xəbərdə deyilir.

Qeyd edilir ki, son sutkada Moskvada 27 nəfər, Sankt-Peterburqda 20 nəfər virusdan vəfat edib.

Rusiyada COVID-19-dan sağalanların sayı 500 min nəfəri ötüb. Məlumata görə, son sutka daha 3 615 nəfər xəstəxanalardan evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə