ABŞ-da son sutkada 71 mindən çox koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb

ABŞ-da son bir gündə qeydə alınan koronavirus infeksiyasına yoluxma hallarının sayı 71 mini ötüb.

SİA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Cons Hopkins Universitetinə istinadən məlumat yayıb.

Məlumata görə, son sutka ərzində ABŞ-da 71 389 nəfərdə koronavirus aşkar edilib. Bununla da virusa yoluxmuşların sayında artım əvvəlki günlə müqayisədə 2,3% olub. Son bir həftə ərzində bu göstərici üzrə məlumatlar orta hesabla 1,9% təşkil edib.

Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlar koronavirus infeksiyasına yoluxma (3,22 milyondan çox) və ölüm (134 mindən çox) hallarının sayına görə dünyada liderdir.

Bütün xəbərlər Facebook səhifəmizdə